2022-2023-cü tədris ili üçün Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəsində riyaziyyat fənnindən əlavə test imtahanı iyulun 25-də keçiriləcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya bildirilib ki, imtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
amizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi vaxt və məkanla tanış ola bilərlər.