Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə Nazirliyi məlumat yaydı - <font color=red><b>Əsgərimiz Kəlbəcərdə itkin düşüb</b></font>

18:35 - 23 İyul 2022 tarixində dərc olunub.

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: