Ucnoqta.az
www.ucnoqta.az

Bakıda evdə partlayış - <font color=red><b>xəsarət alan var</b></font>

23:38 - 22 İyul 2022 tarixində dərc olunub.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbər görə, partlayış dalğasının təsirindən evin ön divarı uçub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: