Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda 39 yaşlı qadın itkin düşüb

20:37 - 22 İyul 2022 tarixində dərc olunub.

Lənkəranda 39 yaşlı qadın itkin düşüb.

APA-nın cənub bürosu xəbər verir ki, rayonun Tükəvilə kənd sakini Fəxriyyə Söhbət qızı Hüseynova səhər saat 5 radələrində böyürtkən yığmaq üçün evdən çıxıb və indiyə kimi evə qayıtmayıb.

Hazırda FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasedici qrupu Tükəvilə kəndindəki ərazidə axtarışlar aparır.

Müəllif: