Ucnoqta.az
www.ucnoqta.az

Koronaya yoluxanların sayı daha da <font color=red><b>ARTDI</b></font>

19:57 - 22 İyul 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 795 832 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, 9 733 nəfər vəfat edib, aktiv xəstə sayı 1591 nəfərdir.

Ölkədə son sutka ərzində 3 087, hazırkı dövrədək isə 7 018 167 test aparılıb.

Müəllif: