Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda “VAZ-2106” traktora çırpıldı - <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

14:21 - 22 İyul 2022 tarixində dərc olunub.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

Rayonun Kürdəmiş kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili yolun kənarında dayanmış traktora çırpılıb.

Nəticədə “VAZ 2106”-nın sürücüsü V. Səmədov və sərnişinləri, Çaxırlı kənd sakinləri - 1969-cu il təvəllüdlü Sənan Səlimov və 1977-ci il təvəllüdlü Elşad Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///apa

Müəllif: