Ucnoqta.az
www.ucnoqta.az

Konfrans Liqasında Azərbaycan klublarının oyunları hansı kanallarda yayımlanacaq?

14:48 - 21 İyul 2022 tarixində dərc olunub.

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanı təmsil edən “Neftçi” “Qəbələ” və “Zirə” ilk oyunlarını keçirəcəklər. 

Ucnoqta.az xəbər verir ki, "Dalğa Arena”da baş tutacaq “Zirə” - “Maccabi” (Təl-Əviv) oyununu İTV kanalı Bakı vaxtı ilə 20:00-da canlı yayımlayacaq.

Macarıstana yollanan digər təmsilçimiz “Qəbələ”nin “Fehervar” klubu ilə qarşılaşmasını saat 21:00-da “CBC International”da izləmək mümkün olacaq. 

“Neftçi” isə Kiprdə “Aris”lə görüşəcək. Oyun saat 21:30-da “CBC Sport” kanalından birbaşa efirə veriləcək.

Müəllif: