Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə yol qəzası olub - ölən var

08:43 - 21 İyul 2022 tarixində dərc olunub.

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınının sürücüsü Pənahlılar kənd sakini 1992-ci il təvəllüdlü Həsənov Bünyad Səməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: