Ucnoqta.az
www.ucnoqta.az

İndiyədək 14 min nəfər meymunçiçəyinə yoluxub - <font color=red><b>ÜST</b></font>

21:21 - 20 İyul 2022 tarixində dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 80 ölkədə 14 min meymunçiçəyinə yoluxma hadisəsi ilə bağlı məlumat alıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“ÜST 80 ölkədə 14 min yoluxma halı ilə bağlı məlumat alıb. Afrikada 5 ölüm faktının olduğunu bilirik”, - o deyib.

“Bəzi ölkələrdə azalma, bəzilərində isə artım tendensiyası müşahidə olunur. Amma hər bir halda, virusun yayılması ilə mübarizədə ən vacib vasitə insanların özlərini daha yaxşı qoruya bilməsini üçün məlumatların yayılmasıdır”, - ÜST rəhbəri vurğulayıb.

Müəllif: