Ucnoqta.az
www.ucnoqta.az

Koreya şirkəti metallurgiya sənayesinə investisiya yatırmaqda maraqlıdır

12:54 - 20 İyul 2022 tarixində dərc olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) və Koreyanın “Lemon Metal” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

AZPROMO-dan Ucnoqta.az-a bildirilib ki, görüşdə investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib.

“Lemon Metal” şirkətinin nümayəndələri ölkəmizdə alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını vurğulayıblar.

Müəllif: