Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda ər arvadını baltaladı

07:45 - 20 İyul 2022 tarixində dərc olunub.

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

Hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib.

Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır. Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: