Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə 1 tondan çox çətənə kolu məhv edilib

12:09 - 19 İyul 2022 tarixində dərc olunub.

Ağcabədi Rayon Polis Şöbəsinin əmakdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Xocavənd kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan çətənə bitkisi yandırılaraq məhv edilib.

Müəllif: