Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Brüsselə getdi

20:25 - 18 İyul 2022 tarixində dərc olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Müəllif: