Ucnoqta.az
www.ucnoqta.az

Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı

17:55 - 18 İyul 2022 tarixində dərc olunub.

Lənkəran İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən uzaqlaşdırılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rasilə Arifqızı İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Lənkəran İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.

Müəllif: