Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tanışını öldürənə hökm oxundu

17:17 - 18 İyul 2022 tarixində dərc olunub.

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Asim Nəcəfovun cinayət işi üzrə məhkənə prosesi başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Asim Nəcəfov 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Asim Nəcəfov tanışı 32 yaşlı Şahmar Balayevi şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Asif Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi illə ittiham irəli sürülüb.///apa

Müəllif: