Ucnoqta.az
www.ucnoqta.az

Ərini öldürən qadına <font color=red><b>hökm oxundu - Foto</b></font>

12:09 - 18 İyul 2022 tarixində dərc olunub.

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Gülnar Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Müəllif: