Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan kafenin taxta konstruksiyadan ibarət manqalxanası və içərisindəki əşyalar 15 m² sahədə yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, kafe yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.