Ucnoqta.az
www.ucnoqta.az

Koronaya yoluxanların sayı 200-ə çatır - <font color=red><b>STATİSTİKA</b></font>

16:34 - 17 İyul 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb. 

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 867 nəfərdir.

Ölkədə son sutka ərzində 2 893, hazırkı dövrədək isə 7 002 575 test aparılıb.

Müəllif: