Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 6 otaqlı ev yanıb

11:25 - 17 İyul 2022 tarixində dərc olunub.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və mətbəxinin taxtadan ibarət tavanı 5 m² sahədə yanıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: