Ucnoqta.az
www.ucnoqta.az

Salyanda qəza zamanı sürücü ölüb

09:58 - 17 İyul 2022 tarixində dərc olunub.
Salyanda baş verən qəzada sürücü ölüb APA-nın məlumatına görə, hadisə Salyan rayonuun Xalac kəndi ərazisində qeydə alınıb. Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: