Ucnoqta.az
www.ucnoqta.az

AZAL-ın Bakı-Bodrum reysi gecikir

11:40 - 16 İyul 2022 tarixində dərc olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-023 nömrəli Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir.

Ucnoqta.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər Bodruma digər təyyarə ilə yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.

Müəllif: