Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə çay evi yandı

09:42 - 16 İyul 2022 tarixində dərc olunub.

İmişli şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli obyektin (fəaliyyət göstərməyən çay evi) yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: