Ucnoqta.az
www.ucnoqta.az

Milli peyvənd təqviminə dəyişiklik edildi

16:37 - 15 İyul 2022 tarixində dərc olunub.

Uşaqlarda poliomielit xəstəliyinin profilaktikası üçün tətbiq edilən ağızdan verilən OPV peyvəndinin, dünya praktikasına uyğun olaraq tədricən inyeksiya yolu ilə vurulan İPV peyvəndi ilə əvəz edilməsi prosesi gedir.

Bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin qərarına əsasən hazırda ölkədə İPV-nin ikinci dozasının tətbiqi ilə bağlı peyvənd təqvimində dəyişikliklər edilib.///Apa

Müəllif: