Ucnoqta.az
www.ucnoqta.az

“Ukraynada müharibə uzun müddət davam edəcək” -<font color=red><b> Makron</b></font>

17:56 - 14 İyul 2022 tarixində dərc olunub.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Ukraynadakı münaqişəyə müdaxilə etmədən onu dayandırmaq istəyir.

O, bu barədə TF1 və France 2 telekanallarına müsahibəsində bildirib.

“Biz Ukraynada müharibənin uzun müddət davam edəcəyinə hazır olmalıyıq. Yay və payızın əvvəli çətin olacaq. Biz müharibəyə qarışmadan onu dayandırmaq istəyirik. Biz yeni dünya müharibəsi istəmirik”, - deyə Fransa lideri bildirib.

Makron həmçinin qeyd edib ki, Fransa Ukraynaya kömək etməyə davam edəcək və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.///unikal

Müəllif: