Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə su quyusundan qızıl tapılıb? - <font color=red><b>RƏSMİ AÇIQLAMA</b></font>

10:41 - 13 İyul 2022 tarixində dərc olunub.

Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Ucnoqta.az-a bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir:

"Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".

 

Müəllif: