Ucnoqta.az
www.ucnoqta.az

Türkmənistan Azərbaycana yeni səfir təyin etdi

10:19 - 11 İyul 2022 tarixində dərc olunub.

Qurbanmamet Elyasov Türkmənistanın Azərbaycanda yeni səfiri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov fərman imzalayıb.

Digər fərmanla Məkan İşanquliyev Azərbaycandakı səfir postundan geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.

Qeyd edək ki, Qurbanmamet Elyasov Türkmənistanın Yaponiyadakı səfiri olub.

Müəllif: