Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəy sakini Goranboyda özünə xəsarət yetirib

22:29 - 10 İyul 2022 tarixində dərc olunub.
Goranboyda 54 yaşlı kişi kəsici ailətlə özünə ciddi xəsarət yetirib. "Report"un məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Gədəbəy rayon sakini, 1968-ci il təvəllüdlü Ş.Sadıqov qarın nahiyəsindən kəsici ailətlə özünə ağır xəsarət yetirib. O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Müəllif: