Ucnoqta.az
www.ucnoqta.az

Deputat Prezidentə yazdığı səhv təbrikdən <font color=red><b>DANIŞDI:</b></font> "Bayram bayramdır, ... "

19:50 - 9 İyul 2022 tarixində dərc olunub.

“Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə “Facebook” sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: “Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm”.

Xatırlatma: R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.

Müəllif: