Ucnoqta.az
www.ucnoqta.az

“Mançester Yunayted”dən məşqlərə gəlməyən Ronaldu barədə açıqlama

23:01 - 8 İyul 2022 tarixində dərc olunub.

Kriştianu Ronaldu “Mançester Yunayted”lə mövsümöncəsi turnirlərə qatılmayacaq.

Bu barədə klubdan rəsmi açıqlama verilib.

Bildirilib ki, portuqaliyalı komanda ilə Tailand və Avstraliyaya getməyəcək.

“Qırmızı şeytanlar”ın rəhbərliyi 37 yaşlı futbolçuya ailə problemlərini həll etmək üçün əlavə vaxt verib. Məhz bu səbəbdən də ulduz oyunçu “Mançester Yunayted”in məşqlərini buraxıb.///oxu.az

Müəllif: