Ucnoqta.az
www.ucnoqta.az

BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

21:57 - 8 İyul 2022 tarixində dərc olunub.

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya transsərhəd yardımla bağlı qətnamə layihəsinin əleyhinə səs verib.

Rusiya və Çin layihənin lehinə, Böyük Britaniya, ABŞ və Fransa isə onun əleyhinə səs verib, qalanları - Braziliya, Albaniya, Keniya, Qabon, Qana, Hindistan, İrlandiya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb.

BMT Təhlükəsizlik Şurası 2014-cü ildən indiyədək ilk dəfə Suriyaya transsərhəd yardımla bağlı qətnamə qəbul edə bilməyib.

Müəllif: