Ucnoqta.az
www.ucnoqta.az

MİDA-nın mənzillərinin satışı yenidən keçiriləcək - <font color=red><b>RƏSMİ </b></font>

16:41 - 8 İyul 2022 tarixində dərc olunub.

MIDA-nın sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək.

Bu barədə Ucnoqta.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək.

 

Müəllif: