Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz fəaliyyət göstərən heyvan satışı məntəqələri aşkarlanıb

14:02 - 8 İyul 2022 tarixində dərc olunub.

Qurban bayramı ilə əlaqədar müəyyənləşdirilən yerlərdən kənarda qanunsuz heyvan satışının qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri monitorinqlər aparırlar.

Ucnoqta.az xəbər verir ki, bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və 400 dən çox əməkdaş Qurban bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək. Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bu barədə Qurban bayramı ilə əlaqədar keçirilən brifinqdə məlumat verib.

Onun dediyinə görə, qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib. Həmin məntəqələrdən 32-ü Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda aşkarlanıb

Müəllif: