Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa yoluxanların sayı<font color=red><b> AÇIQLANDI</b></font>

16:37 - 7 İyul 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb.

 

Müəllif: