Ucnoqta.az
www.ucnoqta.az

“Mercedes” işıq dirəyinə çırpıldı - <font color=red><b>ölən və yaralananlar var</b></font>

21:50 - 5 İyul 2022 tarixində dərc olunub.

İyulun 5-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Rüfət Məmiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: