Ucnoqta.az
www.ucnoqta.az

Rubl kəskin ucuzlaşdı

19:19 - 5 İyul 2022 tarixində dərc olunub.

Moskva birjasında ticarət zamanı rubl dollar və avro qarşısında kəskin ucuzlaşmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, günün əvvəlindən Rusiya valyutası az qala on faiz ucuzlaşıb.

Saat 13:15-ə olan məlumata görə, dollar 60 rubla, avro isə 61,3 rubla satılır. Moskva Birjası İndeksi 0,13 faiz, RTS indeksi isə 7,2 faiz azalıb.

Müəllif: