Ucnoqta.az
www.ucnoqta.az

Metroya balta ilə daxil olan şəxs daha bir video yaydı

16:10 - 5 İyul 2022 tarixində dərc olunub.

Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

Insanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl Tik-Tok sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.

Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!”

O həmçinin bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir.
​Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb./qafqazinfo

 

Müəllif: