Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb

10:37 - 5 İyul 2022 tarixində dərc olunub.

Türkiyənin Kırıkkale bölgəsində sərnişin avtobusu aşıb.

“Ucnoqta.az” “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bildirilib ki, həlak olanlardan biri uşaqdır.

Hadisə yerinə yanğınsöndürənlər və səhiyyə əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Müəllif: