Ucnoqta.az
www.ucnoqta.az

“Barselona” Kristenseni heyətə qatdı

20:02 - 4 İyul 2022 tarixində dərc olunub.

İspaniya “Barselona”sı növbəti futbolçu transferini gerçəkləşdirib.

Klubun rəsmi saytı xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni heyətinə qatıb.

26 yaşlı danimarkalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona” daha əvvəl İtaliya “Milan”ından Frank Kessyeni transfer edib.

Müəllif: