Ucnoqta.az
www.ucnoqta.az

Sürücülərin <font color=red><b>NƏZƏRİNƏ:</b></font> Bu küçə və prospektlərdə sıxlıq var - <font color=red><b>SİYAHI</b></font>

08:52 - 1 İyul 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən Ucnoqta.az-a verilən xəbərə görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
2. Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq
3. Bakı-Sumqayıt şossesində– Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
4. Tbilisi prospektində 20 Yanvar dairəsidən başlayaraq, Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq

Müəllif: