Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil aşıb, <font color=red><b>xəsarət alanlar var </b></font>

21:48 - 30 İyun 2022 tarixində dərc olunub.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Balakürd kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər - 1948-ci il təvəllüdlü Murad Paşayev, 1959-cu il təvəllüdlü Tamella Muradova və 2012-ci il təvəllüdlü H.Paşalı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan M.Paşayevin vəziyyəti ağır, digərlərinin orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: