Ucnoqta.az
www.ucnoqta.az

Uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı<font color=red><b> AÇIQLAMA</b></font>

19:43 - 30 İyun 2022 tarixində dərc olunub.

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd olunub. 

Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.

 

Müəllif: