Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda 11-ci sinif şagirdi suda boğulub

21:23 - 28 İyun 2022 tarixində dərc olunub.

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.///apa

Müəllif: