Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə Nazirliyi məlumat yaydı: <font color=red><b>İyunun 29-dan ...</b></font>

11:44 - 28 İyun 2022 tarixində dərc olunub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022 - ci il tarixdən 02.07.2022 - ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Müəllif: