Ucnoqta.az
www.ucnoqta.az

Astarada hamilə qadın qəfildən ölüb

15:05 - 27 İyun 2022 tarixində dərc olunub.
Astarada 9 aylıq hamilə olan qadın ölüb. Hadisə rayonun Giləkəran kəndində baş verib. 1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.///report
Müəllif: