Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə iki avtomobil toqquşub,<font color=red><b> xəsarət alanlar var</b></font>

08:08 - 27 İyun 2022 tarixində dərc olunub.

Bakı-Qazax magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

2 avtomobilin toqquşması nəticəsində, 1962-ci il təvəllüdlü M.Nəbiyeva, 1990-cı il təvəllüdlü M.Əliyeva və 1989-cu il təvəllüdlü G.Nəbiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: