Ucnoqta.az
www.ucnoqta.az

Astarada gözəllik salonu yanıb

09:50 - 26 İyun 2022 tarixində dərc olunub.

Astara şəhərində gözəllik salonunda yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 1 m² sahədə və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: