Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda bir nəfər dənizdə batıb

17:22 - 24 İyun 2022 tarixində dərc olunub.
Sumqayıtda gənc dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Müəllif: