Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda toy yasa döndü - <font color=red><b>55 yaşlı kişi öldü</b></font>

23:38 - 23 İyun 2022 tarixində dərc olunub.

Sumqayıtda toy mərasimi yasa dönüb.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən "Gold Palas"Şadlıq sarayında baş verib. Toy məclisində qonaq qismində iştirak edən, 1967-ci il təvəllüdlü Bayramov Saleh Bəylər oğlu toyda halı qəfil pisləşib. Şadlıq sarayına təcili tibbi yardım briqadası gələrək xəstəni müayinə edib. Məlum olub ki, S.Bayramov infakt keçirib.

O təcili olaraq xəstəxanaya götürülsə də, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: