Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış - <font color=red><b>ANBAAN VİDEO</b></font>

16:12 - 23 İyun 2022 tarixində dərc olunub.

Rusiyanın Sverdlovsk vilayətinin Talitsa şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən qaz çəni partlayıb.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.

Müəllif: