Ucnoqta.az
www.ucnoqta.az

Maşın ağaca çırpıldı: Yaralılar var

15:06 - 23 İyun 2022 tarixində dərc olunub.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2111 markalı maşın yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə rayonun Qaraxıdır kənd sakinləri - sürücü, 1968-ci il təvəllüdlü Fərman Abdullayev və sərnişini, 2010-cu il təvəllüdlü Əlvan Abdullayev xəsarət alıblar. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: